Şriftin ölçüsü :

Saytın rəngi :

Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzovun 16 fevral 2022-ci il tarixli Sərəncamı

16 fevral 2022 | 16:00

Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov Siyəzən şəhərinin şimal tərəfdən giriş hissəsində yol kənarında quraşdırılması nəzərdə tutulan stellanın eskiz layihəsi üçün bədii kompozisiyanın tərtibatı haqqında 16 fevral 2022-ci il tarixli Sərəncam imzalamışdır.
Sərəncama əsasən Siyəzən şəhərinin şimal tərəfdən giriş hissəsində yol kənarında quraşdırılması nəzərdə tutulan stellanın eskiz layihəsinə bədii kompozisiyanın tərtibi məqsədilə rayonun həvəskar və yaradıcı rəssamlarının müsabiqəsinə start verilmişdir.
Müsabiqənin keçirilməsi ilə əlaqədar İşçi qrupu (münsiflər heyəti) yaradılmışdır.
   - rayonun həvəskar və yaradıcı rəssamlarının müsabiqədə iştirak edə bilər
   - işçi qrupu müsabiqənin yekunlarına dair 28 fevral  2022-ci il tarixində Rayon İcra Hakimiyyəti başçısına rəy təqdim edəcəkdir.

Müsabiqəyə öz rəsm əsərini təqdim etmək istəyənlər Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinə yaxınlaşa, eləcə də təkliflərini mail@siyezen-ih.gov.az email ünvanına göndərə bilərlər.

Keçidlər