Şriftin ölçüsü :

Saytın rəngi :

Etik davranış

 

 Siyəzən Rayon İcra Hakimiyyətinin 2021-ci il üçün
etik davranış məsələləri üzrə hesabatı

 

Azərbaycan Respublikası Prezidentinin dövlət qulluqçularının etik davranışı barədə səsləndirdiyi fikirləri və verdiyi tapşırıqları, həmçinin “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini icra etmək istiqamətində 2021-ci il ərzində Siyəzən Rayon İcra Hakimiyyəti tərəfindən bir sıra məqsədyönlü tədbirlər həyata keçirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 23 noyabr tarixli 739 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın 2019-2021-ci illərdə icrası üzrə Fəaliyyət planının 8.10.1-ci yarımbəndinə əsasən dövlət orqanlarında dövlət qulluğunda etik davranış qaydaları mövzusunda 2021-ci ilin yanvar ayında Siyəzən Rayon İcra Hakimiyyətində geniş tərkibdə tədbir keçirilmişdir.
Tədbir iştirakçılarına “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın 2019-2021-ci illərdə icrası üzrə Fəaliyyət planı,“Korrupsiyaya qarşı mübarizə haqqında” və “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının qanunları haqqında ətraflı məlumat verilmişdir. Onlara vicdanlı davranış, loyallıq, peşəkarlıq və fərdi məsuliyyətin artırılması, qərərsizlik, korrupsiyanın qarşısının alınması, hədiyyə almaq ilə əlaqədar məhdudiyyətlər, maraqlar toqquşmasının qarşısının alınması və digər etik davranış qaydaları və prinsipləri ilə bağlı müvafiq hüquqi məsləhətlər verilmişdir. Tədbirdə Ulu öndərin irsi, azərbaycançılıq, dövlətçilik, vətənpərvərlik, suverenlik, xalqın vahidliyi, milli maraqlar və həmrəylik, multikultiralizm, dövlətin müsbət imicinin təbliği, insan hüquq və azadlıqlarının dövlət təminatı, xalqa layiqli xidmət, qanunvericilik normaları, etik davranış qaydaları  barədə ətraflı məlumat verilmişdir.
Tədbirdə iştirak edən idarə, müəssisə və təşkilat rəhbərlərinə rəhbərlik etdikləri sahələrdə şəffaflığın təmin edilməsi və maliyyə nəzarətinin gücləndirilməsi, vətəndaşların müraciətlərinə baxılmasına diqqətlə yanaşılması və mövcud qanunvericiyin tələblərinə əməl edilməsi onların qarşısında ciddi vəzifə borcu kimi qoyulmuş və onların sözsüz yerinə yetirilməsi tapşırılmışdır.
İl ərzində dövlət qulluğuna yeni qəbul olunan şəxslərin etik davranış qaydaları sahəsində bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədi ilə koronovirus (Covid-19) infeksiyasının qorunması tələbləri nəzərə alınmaqla müxtəlif tədbirlər keçirilmiş, fərdi söhbətlər aparılmışdır. 2021-ci ilin sentyabr ayında Siyəzən Rayon İcra Hakimiyyəti başçısının rəhbərliyi ilə Siyəzən Rayon İcra Hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndələri, bir sıra idarə ,müəssisə və təşkilat rəhbərləri və dövlət qulluğuna yeni qəbul olunan şəxslərlə videoformatda görüş keçirilmişdir. Tədbir iştirakçılarına Prezidentin siyasəti, Müzəffər Ali Baş komandan-xalq-ordu birliyi, Vətən müharibəsi Zəfəri və etik davranış qaydaları barədə ətraflı məlumat verilmiş, iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 1859 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökümətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın 1.9-cu bəndinə əsasən Siyəzən Rayon İcra Hakimiyyətində ilin sonunda etik davranış qaydalarının pozulması halları və buna görə tətbiq edilmiş intizam tənbehi tədbirləri barədə illik hesabat hazırlanmış və açıqlanması təmin edilmişdir. Hər ilin sonunda Rayon İcra Hakimiyyəti başçısı aparatında və inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi həyata keçirilmişdir. 2021-ci ildə dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 6 aprel 2021-ci il 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin Qaydası”na uyğun olaraq həyata keçirilmişdir.
Rayon üzrə aparılmış maarifləndirmə işləri, bu istiqamətdə keçirilən tədbirlər, etik davranış qaydalarının pozulması halları və tətbiq edilmiş intizam tənbehi tədbirləri barədə məlumatlar, həmçinin hazırlanmış tezislərin və maarifləndirici məlumatların görüşlərdə istifadə olunduqdan sonra Rayon İcra Hakimiyyətinin internet səhifələrində, sosial şəbəkə ünvanlarında yerləşdirimiş və “Çıraq” qəzetində dərc edilərək rayon ictimaiyyəti məlumatlandırılmışdır. İnternet səhifəsində İcra Hakimiyyətinin fəaliyyətini əks etdirən məlumatların yerləşdirilməsi və saytın mütəmadi yenilənməsi təmin edilmişdir.
Siyəzən Rayon İcra Hakimiyyətinin internet saytında vətəndaşlara dövlət qulluqçularının qeyri-etik davranışı barədə elektron şikayət etmək imkanı yaradılmış, dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarının pozulması ilə əlaqədar müraciətlər birbaşa bu bölməyə ünvanlanmışdır. Daxil olmuş şikayətlərin effektiv araşdırılması və müvafiq tədbirlərin görülməsi üçün tərəfimizdən lazımi şərait yaradılmışdır.

Keçidlər